×
Qəbələ Mall - Restaurant

Qəbələ Mall "Giz Restaurant POS" Sistemini Seçdi

Qürurla bildiririk ki, Qəbələ Mall restoranının idarəetmə və satış prosesləri üçün "Giz Restaurant POS Sistemi"ni seçdi. Bu seçim, sistemimizin etibarlılığı və effektivliyinin bir daha təsdiqi oldu.

Qəbələ Mall-da yerləşən restoran, "Giz Restaurant POS Sistemi"nin təqdim etdiyi geniş funksionallıqlardan faydalanaraq işlərini daha asan və səmərəli şəkildə idarə edəcək. Sistemimizin əsas modulları olan satış, mətbəx ekranı, mətbəx printerləri, məhsul alışı, menyu, istehsalat, hesabat, müştəri modulu, transfer və stok idarəsi ilə restoran işləri daha da rahat olacaq.

"Giz Restaurant POS Sistemi" ilə Qəbələ Mall restoranı müştərilərinə yüksək keyfiyyətli xidmət göstərəcək və iş proseslərini mükəmməl şəkildə idarə edəcək. Biz Giz Azerbaijan olaraq, Qəbələ Mall-un bizi seçməsindən qürur duyur və əməkdaşlığımızın uğurlu olmasını arzu edirik.